Bakı-2015 Avropa Oyunlarına 50 yeni avtobus alınacaq

Bakı-2015 Avropa Oyunlarına 50 yeni avtobus alınacaq Bank avtobusların alınması üçün 7 mln. manat kredit ayırıb.
Maliyyə
26 Dekabr , 2014 17:02
Bakı-2015 Avropa Oyunlarına 50 yeni avtobus alınacaq

Bakı. 26 dekabr. REPORT.AZ/ Bakı-2015 Avropa Oyunlarına hazırlıq çərçivəsində “Bank VTB (Azərbaycan)” 50 yeni avtobusun alınması üçün Safa Trans şirkətinə 7 mln manat məbləğində kredit ayırıb.

“Report”un banka istinadən verdiyi xəbərə görə, ilk 25 avtobus artıq Bakıya gətirilib və şəhər marşrutları üzrə işə başlayıb. “İsuzu” City Bus markalı Türkiyədə istehsal olunmuş nəqliyyat vasitələri sərnişinlərin təhlükəsiz və rahat gedişi üçün tam komplektasiya olunub. Avtobuslar AVRO-5 ekoloji standartına cavab verir, kondisioner və isitmə sistemləri ilə təchiz olunub, uşaqlar, yaşlı və fiziki imkanları məhdud olan insanlar üçün xüsusi hissələrə malikdir. Araba ilə hərəkət edən sərnişinlər üçün avtobuslarda panduslar quraşdırılıb. Hər bir avtobus 27 oturacağa malikdir.

“2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları Azərbaycan üçün böyük uğurdur. Bank VTB (Azərbaycan) bu əhəmiyyətli tədbirin hazırlığına öz tövhəsini verməkdən qürur duyur. Dünya standartlarının tələblərinə uyğun avtobuslaırn alınmasının maliyyələşdirilməsini Avropa Oyunlarına bizim dəstəyimizin ilk mərhələsi hesab etmək olar”,- deyə, bank VTB (Azərbaycan) – ın İdarə Heyətinin üzvü Zaur Rəsulov bildirib.

“Bank VTB (Azərbaycan)” ASC “VTB Bank” ASC-nin törəmə bankıdır. “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarları: “VTB Bank” ASC və “AtaHolding” ASC-dir. “Bank VTB (Azərbaycan)” ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. 

Son xəbərlər

Orphus sistemi