Yuxarı
    Bağlamaq

    Avropa Mərkəzi Bankı dolların möhkəmlənməsini əngəlləyib

    İnvestorlar AMB-nin uçot dərəcəsini artırmağa başlamamışdan əvvəl istiqraz alışı proqramını bitirməsini gözləyirdilər

    Bakı. 11 mart. REPORT.AZ/ Avropa Mərkəzi Bankında (AMB) istiqrazların alışı proqramını (monetar ekspansiyanı) bitirmədən uçot dərəcələrini artırmaqla bağlı müzakirələrə başlayıblar. "Report", "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə AMB məsul şəxsləri bildirib. Qeyd olunub ki, Bankın idarə heyətinin martın 9-da keçirilən iclasında bu mövzunun təhlilinə başlanılıb. Lakin iclasda uçot dərəcələrinin artırılması ilə bağlı hər hansı tarixin müəyyən edilmədiyi qeyd olunur. 

    Xatırladaq ki, AMB martın 9-da keçirdiyi iclasda uçot dərəcələrini 0% səviyyəsində sabit saxlayaraq istiqraz alışı proqramında da heç bir dəyişiklik etməyib.

    "Report"un analitik qrupu bildirir ki, investorlar AMB-nin uçot dərəcəsini artırmağa başlamamışdan əvvəl istiqraz alışı proqramını bitirməsini gözləyirdilər. Lakin, AMB-nin uçot dərəcəsini daha əvvəl artıra bilməsi fikrini müzakirəyə çıxarması valyuta bazarlarında avronu gücləndirməyə başlayıb. Belə ki, dünən, martın 10-da avro dollarla müqayisədə 1% bahalaşaraq 1,0673-ə çatıb. 

    Qeyd edək ki, avronun güclənməsi FED-in gələn həftə, martın 14-15-də keçirəcəyi və böyük ehtimalla uçot dərəcələrini artıracağı ərəfədə baş verib. Bu da onu göstərir ki, valyuta bazarları yaxın müddətdə USD/EUR məzənnəsinin sərt hərəkətinə yol vermək istəmir. Analitik qrup məzənnənin 1,04-1,10 diapazonunda qalacağını ehtimal edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi