Avropa Mərkəzi Bankı: "Brexit" avronun məzənnəsinə təsir etməyəcək

Avropa Mərkəzi Bankı: "Brexit" avronun məzənnəsinə təsir etməyəcək Bakı. 28 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyünü tərk etməsi avro məkanının iqtisadiyyatına təsir edə bilər, amma avronun sabit mövqeyini sarsıda bilməz.
Maliyyə
28 Dekabr , 2018 21:56
Avropa Mərkəzi Bankı: Brexit avronun məzənnəsinə təsir etməyəcək

Bakı. 28 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyünü tərk etməsi avro məkanının iqtisadiyyatına təsir edə bilər, amma avronun sabit mövqeyini sarsıda bilməz.

“Report” xəbər verir ki, bunu “RİA Novosti”yə Avropa Mərkəzi Bankının mətbuat katibliyindən bildiriblər.

Aİ-nin 28 üzv ölkəsinin 19-u avro məkanına daxildir. Bu məkana daxil olmayan Böyük Britaniya 29 mart 2019-cu il tarixində Avropa İttifaqını tərk edir. Lakin bu ayrılmanın müvafiq saziş imzalamaqla, yoxsa “sərt” yolla, sazişsiz baş verəcəyi hələlik bəlli deyil.

Son xəbərlər

Orphus sistemi