Avropa Mərkəzi Bankı Avrozonanın ÜDM artım proqnozunu yeniləyib

Avropa Mərkəzi Bankı Avrozonanın ÜDM artım proqnozunu yeniləyib Avropa Mərkəzi Bankı (ECB) Avrozonanın 2020-ci il üçün Ümumi Daxili Məhsulun (ÜDM) artım proqnozunu 0,1 faiz bəndi artıraraq 1,1%-ə yeniləyib.
Maliyyə
25 Yanvar , 2020 10:12
Avropa Mərkəzi Bankı Avrozonanın ÜDM artım proqnozunu yeniləyib

Avropa Mərkəzi Bankı (ECB) Avrozonanın 2020-ci il üçün Ümumi Daxili Məhsulun (ÜDM) artım proqnozunu 0,1 faiz bəndi artıraraq 1,1%-ə yeniləyib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Bank ekspertlər arasında keçirdiyi “Professional Qiymətləndiricilər Sorğusu”ndan sonra bu addımı atıb.

Məlumata görə, bu il inflyasiya gözləntisi 1,2%, 2021-2022-ci illər üçün isə müvafiq olaraq 1,4% və 1,5% səviyyəsində müəyyənləşdirilib. Uzunmüddətli inflyasiya proqnozunu isə 1,7% həddində sabit saxlayıb.

Qeyd edək ki, ECB Avrozonada qiymət sabitliyini təmin etmək üçün inflyasiyanı 2%-ə yaxın həddə saxlamaq istəsə də, son 7 ildə bu hədəfini reallaşdıra bilmir. Regiondakı işsizlik 2020, 2021 və 2022-ci illərdə müvafiq olaraq 7,5%, 7,4% və 7,3% səviyyəsində müəyyənləşdirilib.

Xatırladaq ki, sorğu 7-13 yanvar tarixlərində keçirilib və 72 mütəxəssis iştirak edib.

Son xəbərlər

Orphus sistemi