​Avropa Mərkəzi Bankı avronun ucuzlaşması barədə qərar verib

​Avropa Mərkəzi Bankı avronun ucuzlaşması barədə qərar verib Avro dollarla bərabərləşəcək
Maliyyə
22 Oktyabr , 2015 18:09
​Avropa Mərkəzi Bankı avronun ucuzlaşması barədə qərar verib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Avropa Mərkəzi Bankının (AMB) bu gün keçirilən növbəti iclasında bankın sədri Mario Draqi monetar ekspansiyanı davam etdirmək qərarı verdiklərini bildirib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, AMB bu ilin yanvar ayında təsdiq etdiyi 1,1 trln. avro (1,25 trln. dollar) həcmində maddi aktivlərin alınması proqramını gələn ilin sentyabr ayına qədər və ondan sonrakı dövrdə də davam etdirmək barədə qərar qəbul edib.

M.Draqinin sözlərinə görə, inflyasiyanın daha çox düşmək riski var və inflyasiya qısamüddətli perspektivdə çox aşağı səviyyədə qalacaq. AMB neftin qiymətinin yaxın illərdə bir qədər artacağını ehtimal edib, Avrozona iqtisadiyyatının perspektivlərində isə yavaşlama tendensiyası riskini proqnozlaşdırıb.

M.Draqinin bu açıqlamalarından sonra Avrozonada likvidliyin artması gözləntiləri avronun məzənnəsini aşağı salıb. Avro dollarla müqayisədə 1,3% azalaraq 1,1190 səviyyəsinə enib. Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcələrini artırmağa başlaması ilə dolların avro ilə müqayisədə daha da güclənəcəyi proqnozlaşdırılır. 

"Report"un Analitik Qrupu son açıqlamalardan sonra avronun məzənnəsinin zəifləyəcəyini və dollarla paritetə yaxınlaşacağını ehtimal edir.

Son xəbərlər

Orphus sistemi