Yuxarı
    Bağlamaq

    Avropa Məhkəməsi: Azərbaycandakı saxta gənclər klubuna 16,5 min avro ayrılıb

    Hesabata görə, bununla da həmin şirkətlərin passivləri aktivlərini 72,4 mlrd. avro üstələyib

    Bakı. 14 oktyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Auditorlar Məhkəməsi son 22 ildə Aİ ərazisində xərclənən vəsaitlərlə bağlı hesabatını açıqlayıb. 

    “Report”un məlumatına görə, 320 səhifəlik hesabata əsasən, 142,6 mlrd. avro (250 mlrd. manat) vəsait israf edilib.

    Hesabata görə, bununla da həmin şirkətlərin passivləri aktivlərini 72,4 mlrd. avro üstələyib. 

    Məhkəmənin ötən gün açıqladığı hesabatda daha bir ittiham yer alıb. Belə ki, həmin qurumlar vergi ödəyicilərinin ödədiyi nağd vəsaiti sağa-sola xərclədiyi deyilir: “İsraf edilən vəsaitlər sırasında Mozambikə qeydə alınmamış 874 309 avroluq kredit və Azərbaycanda yerləşən saxta gənclər klubuna 16 500 avro yardım da daxildir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi