Yuxarı

Avropa Komissiyası dollardan imtinanı stimullaşdırmağa çağırıb

Avropa Komissiyası dollardan imtinanı stimullaşdırmağa çağırıb

42

Bakı. 5 dekabr. REPORT.AZ/ Avropa Komissiyası iqtisadiyyatın strateji sektorlarında avrodan daha aktiv istifadə edilməsinə dair çağırış edib.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir.

Məlumatda bildirilir ki, Avropa biznesi əsas strateji bazarlarda, hətta tez-tez öz aralarında hələ də ABŞ dolları ilə ticarət edir.

"Bu, bazarları siyasi və valyuta risklərinə məruz qoyur və onları birtərəfli qərarlardan asılı vəziyyətə salır. Bu isə dollarla bağlanmış sazişlərə birbaşa təsir edir", - deyə vurğulanıb.

Bununla əlaqədar Avropa Komissiyası bu gün beynəlxalq enerji sazişlərində və tranzaksiylarında avronun daha geniş istifadəsini təşviq edilməsi üzrə tövsiyə qəbul edib.

AB ölkələrinin liderlərinə dekabr ayında avroun beynəlxalq rolunu müzakirə etmək təklif edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi