Yuxarı

Avropa İttifaqı yeni təşviq paketi hazırlayacaq

Avropa İttifaqı yeni təşviq paketi hazırlayacaq

Avropa İttifaqı (Aİ) koronavirusun (COVID-19) iqtisadi təsirlərini azaltmaq üçün yeni təşviq paketi hazırlayacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib. 

Bundan başqa, onun sözlərinə görə, təmsil etdiyi qurum virusla bağlı vəziyyəti nəzərə alaraq 2021-2027-ci illəri əhatə edən Çoxillik Maliyyə Çərçivəsi (MFF) sənədinə bəzi düzəlişlər edəcək. 

Sözügedən sənəd əsasında Aİ-nın uzunmüddətli büdcəsi və siyasi prioritetlərə uyğun xərclənmə istiqamətləri müəyyən olunur. 

MFF-ni Aİ Şurası və Avropa Parlamenti təsdiq edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi