Yuxarı

Avropa İttifaqı 540 milyard avroluq dəstək paketini razılaşdırıb

Avropa İttifaqı 540 milyard avroluq dəstək paketini razılaşdırıb
Dinlə

Avropa İttifaqına (Aİ) üzv ölkələrin maliyyə nazirləri videokonfrans yolu ilə şirkətləri və onların işçilərini koronavirusun təsirlərindən qoruyacaq 540 milyard avroluq dəstək paketi barədə razılığa gəliblər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avro Qrupunun prezidenti Mario Centeno məlumat verib.

Onun sözlərinə görə, bu vəsaitin 100 milyard avrosu məşğulluğu qorumaq üçün sərf olunacaq. Belə ki, qısamüddətli iş proqramlarına maddi dəstək veriləcək. 

Avropa İnvestisiya Bankı isə bir sıra müəssisələrə 200 milyard avro dəyərində zəmanət verməyi planlaşdırır. 

Bundan başqa, 240 milyard avroluq “Epidemik Böhrana Dəstək” kredit proqramı da reallaşdırılacaq. Bu proqram çərçivəsində koronavirusun müalicəsi üçün səhiyyə sektoru dəstəklənəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi