Yuxarı
    Bağlamaq

    Avropa İnvestisiya Bankı Yunanıstana yeni kredit ayıracaq

    İqtisadi böhran başladığı vaxtdan Bank Yunanıstandakı layihələrə 11 mlrd. avro ayırıb

    Bakı. 28 avqust. REPORT.AZ/ Avropa İnvestisiya Bankı (EIB) Yunanıstana 1 mlrd. avro həcmində kredit ayıracaq. "Report" xəbər verir ki, bu barədə AIB prezidenti Verner Oyer (Werner Hoyer) məlumat verib.

    Məlumata görə, kredit Avrtopa İttifaqının struktur fondlarının maliyyələşdirdiyi layihələrin birgə maliyyələşməsi üçün nəzərdə tutulub və 2014-2020-ci illəri əhatə edəcək.

    Qeyd edək ki, iqtisadi böhran başladığı vaxtdan indiyədək EIB Yunanıstanda müxtəlif layihələrin icrasına 11 mlrd. avro məbləğində yardım ayırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi