Avropa İnvestisiya Bankı "Accessbank"a 20 mln. avro məbləğində kredit ayırıb

Avropa İnvestisiya Bankı "Accessbank"a 20 mln. avro məbləğində kredit ayırıb Ayrılan vəsaitlər ölkənin özəl sektorunun inkişafına dəstək olacaq
Maliyyə
17 Mart , 2017 18:05
Avropa İnvestisiya Bankı Accessbanka 20 mln. avro məbləğində kredit ayırıb

Bakı. 17 mart. REPORT.AZ/ Avropa İnvestisiya Bankı (EIB) “Accessbank” QSC-yə 20 mln. avro məbləğində ikinci kredit ayırıb. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, “Accessbank” təqdim olunan vəsaitləri Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələrin kreditləşdirilməsinə yönəldəcək. Bank ölkədə mikro, kiçik və orta biznesi maliyyələşdirən aparıcı maliyyə təşkilatı olduğundan, bu tranzaksiya özəl sektorun inkişafını dəstəkləyəcək.

"2014-cü ildə Azərbaycanda fəaliyyətə başlayandan bizim yaxın tərəfdaşımız olan EIB-in dəstəyini yüksək qiymətləndiririk. Bu sövdələşmə hazırkı dəyişkən iqtisadi şəraitdə EIB-in bankımıza olan yüksək inam və etimadını əks etdirir və bir daha "Accessbank"ın beynəlxalq partnyorları tərəfindən güclü dəstəyə malik olduğunu təsdiq edir”, - deyə "Accessbank"ın İdarə Heyətinin sədri Mixael Xofman (Michael Hoffmann) bildirib.

Bu kredit EIB-in Xarici Kreditləşmə Mandatının vəzifələrinin bir hissəsidir. Bu mandat yerli özəl sektorun inkişafına, xüsusilə KOS müəssisələrinin, sosial və iqtisadi infrastrukturun dəstəklənməsinə, eləcə də iqlim dəyişikliklərinin yumşaldılmasına və uyğunlaşmasına yönəldilib.

“Accessbank” 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), KfW, "LFS Financial Systems GmbH." adlı alman konsaltinq şirkəti və "AccessHolding" tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan “Accessbank” tam çeşidli bank xidmətləri təqdim edir və ölkə üzrə geniş filiallar şəbəkəsinə malikdir. Bankın beynəlxalq kredit reytinqi (EDR) dəyişilmədən Azərbaycan bankları arasında ən yüksək - "BB+" səviyyəsində təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi