​Avropa fond indeksləri yüksəlib

​Avropa fond indeksləri yüksəlib Dünya bazarında avronun dollara qarşı məzənnəsi və qızılın qiyməti artıb
Maliyyə
22 Aprel , 2015 09:48
​Avropa fond indeksləri yüksəlib

Bakı. 22 aprel. REPORT.AZ/ Aprelin 21-də Amerika fond bazarında Dow Jones indeksində 0,47% azalma müşahidə olunub və 17 949,59 bənd təşkil edib. S&P 500 0,15% geriləyərək 2 097,29 bənd, Nasdaq isə 0,39% artaraq 5 014,10 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,15% irəliləyərək 7 062,93 bənd, Almaniya DAX-ı 0,40% artaraq 11 939,58 bənd, Fransa CAC-40-ı isə 0,10% irəliləyərək 5 192,64 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,34% artaraq 1 199,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0734 (+0,009%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi