Avronun ucuzlaşması davam edir

Avronun ucuzlaşması davam edir Əsas Qərb fond indeksləri yüksəlib
Maliyyə
4 Dekabr , 2014 09:38
Avronun ucuzlaşması davam edir
Bakı. 4 dekabr. REPORT.AZ/ Dekabrın 3-də Amerika fond bazarında Dow Jones indeksində 0,18% artım müşahidə edilib və 17 912,62 bənd təşkil edib, S&P 500 0,38% - 2 074,33 bəndədək, Nasdaq isə 1,40% - 4 774,47 bəndədək yüksəlib.

“Report”un xəbər verdiyi kimi, Avropa fond bazarlarında dekabrın 3-də FTSE 100 indeksi 0,38% - 6 716,63 bəndədək enib, Almaniya DAX-ı 0,38% - 9 971,79 bəndədək, Fransa CAC-40-ı isə 0,08% - 4 391,86 bəndədək artıb.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,23% azalaraq 1 205,90 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2305 dollar (-0,05%) təşkil edib.

İngilis versiyası Euro fell in world markets

Son xəbərlər

Orphus sistemi