Yuxarı

Avronun ucuzlaşması davam edir

Dünya bazarında qızıl bahalaşır

Bakı. 6 yanvar. REPORT.AZ/ Yanvarın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,06% bahalaşaraq 17 158,66 bənd, S&P 500 0,20% irəliləyərək 2 016,71 bənd, Nasdaq isə 0,24% azalaraq 4 891,43 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,72% bahalaşaraq 6 137,24 bənd, Fransa CAC-40-ı 0,34% artaraq 4 537,63 bənd, Almaniya DAX-ı isə 0,26% irəliləyərək 10 310,10 bənd olub.

Bu gün səhər COMEX-də qızılın bir unsiyasının qiyməti 0,94 ABŞ dolları və ya 0,09% bahalaşaraq 1 078,62 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0747 (-0,01%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi