Yuxarı
    Bağlamaq

    Avronun məzənnəsi 12 illik minimuma enib

    ​Əksər Amerika fond indeksləri ucuzlaşıb

    Bakı. 5 mart. REPORT.AZ/ Martın 4-də Amerika fond bazarında Dow Jones indeksində 0,58% azalma müşahidə edilib və 18 096,47 bənd təşkil edib. S&P 500 0,44% geriləyərək 2 098,53 bənd, Nasdaq isə 0,26% azalaraq 4 967,14 bənd olub.

    "Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,44% artaraq 6 919,20 bənd, Almaniya DAX-ı 0,98% bahalaşaraq 11 390,38 bənd, Fransa CAC-40-ı isə 0,99% bahalaşaraq 4 917,35 bənd təşkil edib.

    Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,09% ucuzlaşaraq 1 204,20 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1078 (-0,81%) təşkil edib. Bu, avronun 2003-cü ilin yanvar ayından sonra minimal məzənnəsi sayılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi