Yuxarı

Avronun məzənnəsi 1,14 dollar həddinə yaxınlaşır

Dünya bazarında qızılın qiyməti də tədricən artır

Bakı. 10 oktyabr. REPORT.AZ/ Oktyabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,20% bahalaşaraq 17 084,49 bənd, S&P 500 0,07 % artaraq 2 014,89 bənd, Nasdaq isə 0,41% yüksələrək 4 830,47 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,65% bahalaşaraq 6 416,16 bənd, Fransa CAC-40-ı 0,54% yüksələrək 4 701,39 bənd, Almaniya DAX-ı isə 1,04% artaraq 10 096,60 bənd təşkil edib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,01% bahalaşaraq 1 155,90 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1358 (+0,73) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi