Yuxarı

Avronun dollara qarşı möhkəmlənməsi davam edir

COMEX-də qızılın qiyməti 1 228 dollara çatıb

Bakı. 14 fevral. REPORT.AZ/ Fevralın 13-də Amerika fond bazarında Dow Jones indeksində 0, 26% artım müşahidə edilib və 18 019,35 bənd təşkil edib. S&P 500 0,41% artaraq 2 096,99 bənd, Nasdaq isə 0,75% artaraq 4 893,84 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,67% artaraq 6 873,52 bəndə, Almaniya DAX-ı 0,40% bahalaşaraq 10 963,40 bəndə, Fransa CAC-40-ı isə 0,70% artaraq 4 759,36 bəndə çatıb.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,02% bahalaşaraq 1 227,90 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1381 (+0,5%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi