Avronun bahalaşması davam edir

Avronun bahalaşması davam edir Avronun dollara qarşı məzənnəsi isə 1,13 USD/EUR həddini üstələyib
Maliyyə
9 İyun , 2015 08:22
Avronun bahalaşması davam edir

Bakı. 9 iyun. REPORT.AZ/ İyunun 8-də Amerika fond bazarında Dow Jones indeksində 0,46% azalma müşahidə olunub və 17 766,55 bənd təşkil edib. S&P 500 0,65% geriləyərək 2 079,28 bənd, Nasdaq isə 0,92% azalaraq 5 021,63 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,21% geriləyərək 6 790,04 bənd, Fransa CAC-40-ı 1,28% azalaraq 4 857,66 bənd, Almaniya DAX-ı isə 1,18% geriləyərək 11 064,92 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,26% artaraq 1 174,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1319 (+1,85%) təşkil edib.

İngilis versiyası Euro increases in markets

Son xəbərlər

Orphus sistemi