​Avronun bahalaşması davam edir

​Avronun bahalaşması davam edir Qərbin əksər fond indeksləri artıb
Maliyyə
25 Aprel , 2015 09:58
​Avronun bahalaşması davam edir

Bakı. 25 aprel. REPORT.AZ/ Aprelin 24-də Amerika fond bazarında Dow Jones indeksində 0,12% artım müşahidə olunub və 18 080,14 bənd təşkil edib. S&P 500 0,234% irəliləyərək 2 117,69 bənd, Nasdaq isə 0,71% artaraq 5 092,09 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,24% irəliləyərək 7 070,70 bənd, Almaniya DAX-ı 0,74% artaraq 11 810,85 bənd, Fransa CAC-40-ı isə 0,44% yüksələrək 5 201,45 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,92% azalaraq 1 179,90 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0873 (+0,75%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi