Avro yenidən ucuzlaşmağa başlayıb

Avro yenidən ucuzlaşmağa başlayıb İtaliyada keçirilən referendumun nəticələri dolların bahalaşması üçün əlavə stimul yaradıb
Maliyyə
5 Dekabr , 2016 11:10
Avro yenidən ucuzlaşmağa başlayıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Dünən, dekabrın 4-də İtaliyada keçirilən referendumda xalq hazırkı baş nazir Matteo Renzinin təklif etdiyi islahatlar paketini dəstəkləməyib. "Report" xəbər verir ki, əhalinin 59%-i islahatların əleyhinə səs verib. Bu, avronun məzənnəsinə mənfi təsir edib. Belə ki, investorlar populizm, dezinteqrasiya və maliyyə sisteminin çökməsindən ehtiyatlanaraq avronu satmağa başlayıblar. Qeyd edək ki, hazırda İtaliyadakı banklar çox çətin maliyyə vəziyyətindədir və onların rekapitalizasiyaya ehtiyacı var. Problemli kreditlərin həcmi 360 mlrd. avroya yaxınlaşıb. İlin əvvəlindən kommersiya banklarının bazar qiyməti yarıya enib və analitiklər bunun hələ son olmadığını proqnozlaşdırırlar.

"Report"un analitik qrupu xəbər verir ki, referendumun mənfi nəticələri avronun dollara qarşı məzənnəsinin 1,4% azalaraq 1,0650 USD/EUR səviyyəsindən 1,05 USD/EUR-a kimi geriləməsinə səbəb olub. Gələn həftə, dekabrın 13-14-də ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artıracağı maliyyə bazarları tərəfindən tam artıq əminliklə qəbul edilir və İtaliyadan gələn xəbərlər avronu son 1,5 ilin minimal səviyyəsinə endirib. Qeyd edək ki, USD/EUR məzənnəsi 2015-ci il martın 16-da 1,0456 olmaqla 12 illik minimuma düşüb. Məzənnə bu səviyyədən də aşağı enərsə, onun tezliklə paritetə çatacağı və hətta bir qədər də aşağı enəcəyi istisna edilmir. 

"Report"un analitikləri USD/EUR məzənnəsinin artıq 2017-ci ildə paritetə çatacağını ehtimal edir: "FES-in uçot dərəcəsini qaldırmasından sonra isə avronun bir qədər bahalaşması və müvəqqəti olaraq 1,08 USD/EUR-a qədər yüksəlməsi gözlənilir".

İngilis versiyası Euro began to fall again

Son xəbərlər

Orphus sistemi