Yuxarı

Avro yenidən ucuzlaşıb

Qərbin əksər fond indeksləri azalıb

Bakı. 5 avqust. REPORT.AZ/ Avqustun 4-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,27% azalaraq 17 550,69 bənd, S&P 500 0,22% ucuzlaşaraq 2 093,32 bənd, Nasdaq isə 0,19% geriləyərək 5 105,55 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,03% geriləyərək 6 686,57 bənd, Fransa CAC-40-ı 0,16% azalaraq 5 112,14 bənd, Almaniya DAX-ı isə 0,11% bahalaşaraq 11 456,07 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,18% bahalaşaraq 1 085,50 dollar təşkil edib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0864 (-0,74%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi