Avro yenidən bahalaşıb

Avro yenidən bahalaşıb Dünya bazarında qızılın qiymətində də müsbət dinamika müşahidə olunur
Maliyyə
1 Avqust , 2015 09:11
Avro yenidən bahalaşıb

Bakı. 1 avqust. REPORT.AZ/ İyulun 31-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,32% azalaraq 17 689,86 bənd, S&P 500 0,23% ucuzlaşaraq 2 103,84 bənd, Nasdaq isə 0,01% geriləyərək 5 128,28 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,41% irəliləyərək 6 696,28 bənd, Fransa CAC-40-ı 0,72% artaraq 5 082,61 bənd, Almaniya DAX-ı isə 0,46% bahalaşaraq 11 308,99 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,59% bahalaşaraq 1 095,10 dollar təşkil edib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0984 (+0,48%) təşkil edib.

İngilis versiyası Euro rate increased again

Son xəbərlər

Orphus sistemi