Avro və qızılın ucuzlaşması davam edir

Avro və qızılın ucuzlaşması davam edir ABŞ-da əsas fond indeksləri yüksəlib
Maliyyə
27 Avqust , 2015 09:35
Avro və qızılın ucuzlaşması davam edir

Bakı. 27 avqust. REPORT.AZ/ Avqustun 26-da Amerika fond bazarlarında Dow Jones indeksi 3,95% artaraq 16 285,51 bənd, S&P 500 3,90% bahalaşaraq 1 940,51 bənd, Nasdaq isə 4,24% irəliləyərək 4 697,54 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,68% geriləyərək 6 979,20 bənd, Fransa CAC-40-ı 1,40% azalaraq 4 501,05 bənd, Almaniya DAX-ı isə 1,29% ucuzlaşaraq 9 997,43 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,86% azalaraq 1 126,40 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1351 (-1,44%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi