Avro və qızıl ucuzlaşır

Avro və qızıl ucuzlaşır ABŞ və Avropanın aparıcı fond indeksləri artıb
Maliyyə
14 İyul , 2015 09:27
Avro və qızıl ucuzlaşır

Bakı. 14 iyul.REPORT.AZ/ İyulun 13-də Amerika fond bazarlarında Dow Jones indeksi 1,22% artaraq 17 977,68 bənd, S&P 500 1,11% bahalaşaraq 2 099,60 bənd, Nasdaq isə 1,48% irəliləyərək 5 071,51 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,97% bahalaşaraq 6 737,95 bənd, Fransa CAC-40-ı 1,94% artaraq 4 998,10 bənd, Almaniya DAX-ı isə 1,49% irəliləyərək 11 484,38 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,41% ucuzlaşaraq 1 155,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1009 (-1,13%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi