Yuxarı
    Bağlamaq

    ​Avro və qızıl ucuzlaşıb

    Qərbin fond indeksləri fərqli dinamika nümayiş etdirir

    Bakı. 26 noyabr. REPORT.AZ/ Noyabrın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% bahalaşaraq 17 813,39 bənd, S&P 500 0,01% geriləyərək 2 088,87 bənd, Nasdaq isə 0,26% artaraq 5 116,15 bənd təşkil edib.

    "Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,96% ucuzlaşaraq 6 337,64 bənd, Fransa CAC-40-ı 1,51% bahalaşaraq 4 892,99 bənd, Almaniya DAX-ı isə 2,15% irəliləyərək 11 169,54 bənd olub.

    COMEX-də qızılın bir unsiyasının qiyməti 0,39% azalaraq 1 073,10 dollar olub.

    Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0618 (-0,36%) təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi