Avro və qızıl ucuzlaşıb

Avro və qızıl ucuzlaşıb Əksər Qərb indekslərində artım müşahidə olunub
Maliyyə
23 Fevral , 2016 09:20
Avro və qızıl ucuzlaşıb

Bakı. 23 fevral. REPORT.AZ/ Fevralın 22-də Amerika fond bazarında Dow Jones indeksi 1,40% bahalaşaraq 16 620,66 bənd, S&P 500 1,45% artaraq 1 945,50 bənd, Nasdaq isə 1,47% irəliləyərək 4 570,61 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,47% bahalaşaraq 6 037,73 bənd, Fransa CAC-40-ı 1,79% artaraq 4 298,70 bənd, Almaniya DAX-ı isə 1,98% irəliəyərək 9 573,59 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,49% ucuzlaşaraq 1 220,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1043 (-0,78%) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi