Avro sürətlə bahalaşmağa başlayıb

Avro sürətlə bahalaşmağa başlayıb Bu, ABŞ-da yeni iş yerlərinin açılması göstəricisinin gözlənilmədən azalması ilə bağlıdır
Maliyyə
3 İyun , 2016 17:58
Avro sürətlə bahalaşmağa başlayıb

Bakı. 3 iyun. REPORT.AZ/ ABŞ-da bu ilin may ayında qeyri-kənd təsərrüfatı sektorunda iş yerlərinin sayının proqnozlardan çox az açıqlanması dolların məzənnəsini sərt aşağı salıb. 

"Report" xəbər verir ki, adı çəkilən göstərici proqnozlaşdırılan 164 min əvəzində 4 dəfə az, 38 min olub. Nəticədə, dollar/avro məzənnəsi bir saat ərzində 1,6% artaraq 1,1140 USD/EUR səviyyəsindən 1,1320 USD/EUR-a yüksəlib. Yüksəlməyə səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) iyunun 13-14-də keçirəcəyi növbəti iclası ərəfəsində açıqlanan bu vacib göstəricinin uçot dərəcəsinin artırılması niyyətinə neqativ təsir etməsi ola bilər. Qeyd edək ki, may ayında işsizlik göstəricisi isə 4,9% proqnoza qarşı 4,7% olsa da, dolların məzənnəsinə təsir edə bilməyib.

"Report"un analitik qrupu yeni iş yerləri göstəricisinin gözlənilmədən azalması FES-in qərarının proqnozlaşdırılmasında çətinlik yaradıb və uçot dərəcəsinin iyul iclasında artırılması ehtimallarının gücləndirib.

Son xəbərlər

Orphus sistemi