Avro sürətlə bahalaşır

Avro sürətlə bahalaşır ABŞ və Avropa fond bazarında indekslər fərqli dinamika nümayiş etdirib
Maliyyə
7 May , 2015 08:32
Avro sürətlə bahalaşır

Bakı. 7 may. REPORT.AZ/ Mayın 6-da Amerika fond bazarında Dow Jones indeksində 0,48% azalma müşahidə olunub və 17 841,98 bənd təşkil edib. S&P 500 0,45% geriləyərək 2 080,15 bənd, Nasdaq isə 0,40% azalaraq 4 919,65 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,09% irəliləyərək 6 933,74 bənd, Almaniya DAX-ı 0,20% artaraq 11 350,15 bənd, Fransa CAC-40-ı isə 0,15% geriləyərək 4 981,59 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,74% azalaraq 1 186,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1345 (+1,00%) təşkil edib.

İngilis versiyası Euro rates rapidly increase

Son xəbərlər

Orphus sistemi