Bakı. 1 may. REPORT.AZ/ Aprelin 30-da Amerika fond bazarında Dow Jones indeksində 1,08% azalma müşahidə olunub və 17840,52 bənd təşkil edib. S&P 500 1,01% geriləyərək 2 085,51 bənd, Nasdaq isə 1,64% azalaraq 4941,43 bənd olub.
"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,21% irəliləyərək 6 960,63 bənd, Almaniya DAX-ı 0,19% artaraq 11 454,38 bənd, Fransa CAC-40-ı isə 0,14% irəliləyərək 5 046,49 bənd təşkil edib.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,80% azalaraq 1 181,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1209 (+0,87%) təşkil edib.