Avro Mario Draginin açıqlamaları ilə daha da möhkəmlənir

Avro Mario Draginin açıqlamaları ilə daha da möhkəmlənir Proqnoz: Lakin avro yenidən ucuzlaşmağa başlayacaq
Maliyyə
20 İyul , 2017 17:19
Avro Mario Draginin açıqlamaları ilə daha da möhkəmlənir

Bakı. 20 iyul. REPORT.AZ/ Avronun məzənnəsi Avropa Mərkəzi Bankının (ECB) sədri Mario Draginin açıqlamaları ilə möhkəmlənməyə başlayıb. "Report" xəbər verir ki, ECB bu gün keçirdiyi iclasda faiz dərəcələrini və monetar ekspansiyanın həcmini dəyişməyib. Bu xəbər avronun məzənnəsini bir qədər ucuzlaşdırsa da, M.Draginin mətbuat konfransındakı açıqlamaları ilə avro yenidən güclənməyə başlayıb. Belə ki, Dragi Avrozona iqtisadiyyatında mənfi tendensiyanın xarici amillərlə, inflyasiyanın isə xammal qiymətləri ilə əlaqəli olduğunu bildirib, iqtisadi göstəricilərin gələcəkdə iqtisadi artımı sürətləndirəcəyini qeyd edib. Həmçinin, maliyyə bazarlarına likvidliyin verilməsini davam etdirmək zərurətini vurğulayıb.

Açıqlamalardan sonra əsas valyuta cütlüyü olan avro/dollar məzənnəsi 1,1480 USD/EUR səviyyəsindən 1,1570 USD/EUR-a yüksəlib. "Report"un analitik qrupu avronun yenidən ucuzlaşacağını proqnozlaşdırır. Belə ki, iyul ayının 25-26-da ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iclasında dollar lehinə qərarların alınması gözlənilir. 

Son xəbərlər

Orphus sistemi