Avro kəskin bahalaşıb

Avro kəskin bahalaşıb ​Əksər Qərb indeksləri xeyli geriləyib
Maliyyə
4 Dekabr , 2015 09:28
Avro kəskin bahalaşıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Dekabrın 3-də Amerika fond bazarında Dow Jones indeksi 1,42% ucuzlaşaraq 17 477,67 bənd, S&P 500 1,44% geriləyərək 2 049,62 bənd, Nasdaq isə 1,67% azalaraq 5 037,53 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,27% ucuzlaşaraq 6 275,00 bənd, Fransa CAC-40-ı 3,58% ucuzlaşaraq 4 730,21 bənd, Almaniya DAX-ı isə 3,58% geriləyərək 10789,24 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,99% artaraq 1 060,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0946 (+3,34%) təşkil edib.

İngilis versiyası Euro rate sharply increased

Son xəbərlər

Orphus sistemi