​Əksər fond indeksləri ucuzlaşıb

​Əksər fond indeksləri ucuzlaşıb Avro bahalaşmağa başlayıb
Maliyyə
7 Fevral , 2015 09:31
​Əksər fond indeksləri ucuzlaşıb

Bakı. 7 fevral. REPORT.AZ/ Fevralın 6-də Amerika fond bazarında Dow Jones indeksində 0,34% azalma müşahidə edilib və 17 824,29 bənd təşkil edib. S&P 500 0,34% azalaraq 2 055,47 bəndə, Nasdaq isə 0,43% ucuzlaşaraq 4 744,40 bəndə bərabər olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında fevralın 5-də FTSE 100 indeksi 0,18% azalaraq 6 853,44 bəndə düşüb, Almaniya DAX-ı 0,54% ucuzalaşaraq 10 846,39 bəndə enib. Fransa CAC-40-ı isə 0,26% azalaraq 4 691,03 bənd təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1447 (+0,3%) təşkil edib.

İngilis versiyası Main Fund indexes decreased

Son xəbərlər

Orphus sistemi