Avro dollara qarşı sürətlə bahalaşır

Avro dollara qarşı sürətlə bahalaşır ​Əksər Qərb indeksləri üzrə mənfi dinamika davam edir
Maliyyə
25 Avqust , 2015 09:36
Avro dollara qarşı sürətlə bahalaşır

Bakı. 25 avqust. REPORT.AZ/ Avqustun 24-də Amerika fond bazarlarında Dow Jones indeksi 3,57% azalaraq 15 871,35 bənd, S&P 500 3,94% ucuzlaşaraq 1 893,21 bənd, Nasdaq isə 3,82% geriləyərək 4 526,25 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 4,67% geriləyərək 5 898,87 bənd, Fransa CAC-40-ı 5,35% azalaraq 4 383,46 bənd, Almaniya DAX-ı isə 4,70% ucuzlaşaraq 9 648,43 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,49% azalaraq 1 154,20 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1542 (+1,37%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi