Yuxarı

Avro dollara nisbətən möhkəmlənir

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 203,6 dollara düşüb

Bakı. 30 aprel. REPORT.AZ/ Aprelin 29-da Amerika fond bazarında Dow Jones indeksində 0,41% azalma müşahidə olunub və 18 035,53 bənd təşkil edib. S&P 500 0,37% geriləyərək 2 106,85 bənd, Nasdaq isə 0,63% azalaraq 5 023,65 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,20% geriləyərək 6 946,28 bənd, Almaniya DAX-ı 3,21% azalaraq 11 432,72 bənd, Fransa CAC-40-ı isə 2,59% geriləyərək 5 039,39 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,55% azalaraq 1 203,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1112 (+1,36%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi