Yuxarı

Avro/dollar məzənnəsi psixoloji həddi keçib

Report: USD/EUR məzənnəsi tədricən geriləyəcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ Dolların avro ilə müqayisədə məzənnəsi kritik səviyyə sayılan 1,10 USD/EUR həddindən aşağı enib. "Report" xəbər verir ki, dolların möhkəmlənməsinə səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) dünən keçirdiyi iclasda yaxın gələcəkdə uçot dərəcəsinin artırıla biləcəyi barədə bəyənatları olub. Belə ki, ABŞ-da əmək bazarının güclənməsi və inflyasiyanın artmağa davam etməsi fonunda FES-in ilin sonuna qədər faizləri artırması gözlənilir. Bu xəbər dolların qlobal valyuta bazarında möhkəmlənməsinə səbəb olub. Nəticədə, məzənnə kritik hədd sayılan 1,10 USD/EUR səviyyəsindən aşağı enib. 

Dollar, həmçinin Britaniya funtu, Rusiya rublu, Türkiyə lirəsi, Çin yuanı ilə müqayisədə də möhkəmlənib və müvafiq olaraq 1,2160 USD/GBP, 63,40 RUB/USD, 3,11 TRY/USD və 6,73 CNY/USD-yə çatıb.

"Report"un analitik qrupu dolların məzənnəsinin getdikcə möhkəmlənəcəyini, əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsinin 1,08-ə kimi, ilin sonuna isə paritetə qədər enəcəyini proqnozlaşdırır. Dolların möhkəmlənməsi prosesinin əmtəə qiymətlərini də aşağı salacağı ehtimal edilir. Neftin qiymətinin isə 40-45 dollar/barel, qızılın isə 1 150 dollar/unsiyaya qədər azalması gözlənilir.

Xatırladaq ki, USD/EUR məzənnəsi hazırda 1,0990 səviyyəsində qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi