Dünya bazarında avro ucuzlaşıb

Dünya bazarında avro ucuzlaşıb Əksər Qərb indeksləri bahalaşıb
Maliyyə
14 May , 2016 09:40
Dünya bazarında avro ucuzlaşıb

Bakı. 14 may. REPORT.AZ/ Mayın 13-də Amerika fond bazarında "Dow Jones" indeksi 1,04% ucuzlaşaraq 17 535,32 bənd, "S&P 500" indeksi 0,85% azalaraq 2 046,61 bənd, "Nasdaq" isə 0,41% geriləyərək 4 717,68 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,56% bahalaşaraq 6 138,50 bənd, Fransa "CAC-40"-ı 0,62% artaraq 4 319,99 bənd, Almaniya DAX-ı isə 0,92% irəliləyərək 9 952,90 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,12% artıb və 1 272,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1309 (-0,60%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi