Yuxarı

​Avro cüzi bahalaşıb

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 234 dollara çatıb

Bakı. 25 fevral. REPORT.AZ/ Fevralın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,32% bahalaşaraq 16 484,99 bənd, S&P 500 0,44% artaraq 1 929,80 bənd, Nasdaq isə 0,87% irəliləyərək 4 542,61 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,60% ucuzlaşaraq 5 867,18 bənd, Fransa CAC-40-ı 1,96% azalaraq 4 155,34 bənd, Almaniya DAX-ı isə 2,64% geriləyərək 9 167,80 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,40% bahalaşaraq 1 233,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1031 (+0,11%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi