Avro bahalaşmağa başlayıb

Avro bahalaşmağa başlayıb Dünya bazarında qızıl ucuzlaşıb
Maliyyə
28 May , 2015 09:23
Avro bahalaşmağa başlayıb

Bakı. 28 may. REPORT.AZ/ Mayın 27-da Amerika fond bazarında Dow Jones indeksində 0,67% artım müşahidə olunub və 18 162,99 bənd təşkil edib. S&P 500 0,92% irəliləyərək 2 123,48 bənd, Nasdaq isə 1,47% artaraq 5 106,59 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,21% irəliləyərək 7033,33 bənd, Almaniya DAX-ı 1,26% artaraq 11 771,13 bənd, Fransa CAC-40-ı isə 1,95% irəliləyərək 5 182,53 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,06% azalaraq 1 187,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0905 (+0,25%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi