Avro bahalaşıb, qızıl ucuzlaşıb

Avro bahalaşıb, qızıl ucuzlaşıb ABŞ və Avropada fond indeksləri yüksəlib
Maliyyə
22 May , 2015 08:13
Avro bahalaşıb, qızıl ucuzlaşıb

Bakı. 22 may. REPORT.AZ/ Mayın 21-də Amerika fond bazarında Dow Jones indeksində 0,0001% artım müşahidə olunub və 18 285,74 bənd təşkil edib. S&P 500 0,23% irəliləyərək 2 130,82 bənd, Nasdaq isə 0,38% artaraq 5 090,79 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,09% irəliləyərək 7 013,47 bənd, Almaniya DAX-ı 0,14% artaraq 11 864,59 bənd, Fransa CAC-40-ı isə 0,26% yüksələrək 5 146,70 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,41% azalaraq 1 206,20 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1132 (+0,07%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi