​Avro 0,5% ucuzlaşıb

​Avro 0,5% ucuzlaşıb COMEX-də qızılın bir unsiyasının qiyməti 0,26% bahalaşaraq 1 211,60 dollara bərabər olub
Maliyyə
9 Yanvar , 2015 09:43
​Avro 0,5% ucuzlaşıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Yanvarın 8-də Amerika fond bazarında Dow Jones indeksində 1,84% artım müşahidə edilib və 17 907, 87 bənd təşkil edib, S&P 500 1,79% - 2 062,14 bəndədək, Nasdaq isə 1,84% - 4 736,19 bəndədək artıb.

"Report" xəbər verir ki, Avropa fond bazarında yanvarın 8-də FTSE 100 indeksi 2,34% - 6 569,96 bəndədək, Almaniya DAX-ı 3,36% - 9 837,64 bəndədək, Fransa CAC-40-ı isə 3,59% - 4 260,19 bəndədək artıb.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,26% bahalaşaraq 1 211,60 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1768 dollar (-0,5%) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi