Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Şərqi Avropa və MDB ölkələri arasında qızıl-valyuta ehtiyatları daha çox azalan ölkə Azərbaycan olub. Baxmayaraq ki, avqust ayında avronun dollarla müqayisədə güclənməsi ehtiyatların artmasına dəstək verib. "Report"un verdiyi xəbərə görə, azalma 1,186 mlrd. dollar və ya 2,7% təşkil edib, adambaşına ehtiyatlar isə 145 dollar azalıb.
Ümumiyyətlə, Azərbaycanın rəsmi qızıl-valyuta ehtiyatları hesabat dövründə bölgədə 5-ci sırada yer alıb və 43,1 mlrd. dollar təşkil edib. Bura
Bu ilin əvvəlindən Azərbaycan Rusiyadan sonra qızıl-valyuta ehtiyatları ən çox azalanlar sırasında 7,77 mlrd. dollar və ya 15,3%-lə ikinci olub. Adambaşına ehtiyatlarda isə ilin əvvəlindən ən çox azalma Azərbaycanda (- 855 dollar) qeydə alınıb.
Son bir il ərzində Azərbaycanın ehtiyatları 9,5 mlrd. dollar və ya 18,1% azalma ilə ikinci sırada yer alır. İllik müqayisədə adambaşına düşən ehtiyatların azalması üzrə də Azərbaycan (- 1 065 dollar) liderdir.