​Avqustda icbari sığortaya cəlb olunan avtomobillərin 27%-i "VAZ" olub

​Avqustda icbari sığortaya cəlb olunan avtomobillərin 27%-i "VAZ" olub Ötən ay icbari sığortaya cəlb edilən minik avtomobillərinin sayı 72 129, yük avtomobillərinin sayı 10 376 ədəd olub
Maliyyə
1 Sentyabr , 2015 11:56
​Avqustda icbari sığortaya cəlb olunan avtomobillərin 27%-i VAZ olub

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin avqust ayında icbarı sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin 19 124-ü “VAZ” və ya 26,5%-i, 18 210-u və ya 25,3%-i “Mercedes Benz” markalı avtomobillər olub. Bu barədə "Report"a İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.

Məlumata görə, bu siyahıda sonrakı yerləri "Hyundai", "Toyota", "Opel", "Ford", "Kia", "Nissan", "Mitsubishi", "Volkswagen" və digər markalı avtomobillər tutur.

Avqust ayında icbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin kateqoriyaları üzrə ümumi bölgüyə görə, ən yüksək nəticə minik avtobmobillərində qeydə alınıb. Ötən ay icbari sığortaya cəlb edilən minik avtomobillərinin sayı 72 129, yük avtomobillərinin sayı 10 376 ədəd olub. 

Qeyd edilən dövrdə ən az icbari sığorta polisi motosikletlər üzrə əldə olunub. Belə ki, bu rəqəm avqustda 113 olub.

Son xəbərlər

Orphus sistemi