Yuxarı

Auditorlar Palatası “Kölgə İqtisadiyyatı”nın azaldılması ilə bağlı Təkliflər Paketi hazırlayır

Auditorlar Palatası Təkliflər Paketi hazırlayır

Auditorlar Palatası Azərbaycanda “Kölgə İqtisadiyyatı”nın azaldılması ilə bağlı 100-dən çox təklifin yer alacağı Təkliflər Paketi hazırlayır. 

Bunu “Report”a Palatanın sədri Vahid Novruzov bildirib.

Onun sözlərinə görə, sənəd “Kölgə iqtisadiyyatına qarşı mübarizə iqtisadi inkişafın mühüm amili kimi” adlı yol xəritəsinin tərkib hissəsi olacaq.

"Təkliflərdə qanunvericiliyin təkmilləşdirilməsi, “Kölgə İqtisadiyyatı”na qarşı aparılacaq tədbirlərin daha sistemli, kompleks, çevik şəkildə olması kimi məsələlər öz əksini tapacaq", - deyə V.Novruzov qeyd edib. 

Xatırladaq ki, Auditorlar Palatası “Kölgə iqtisadiyyatına qarşı mübarizə iqtisadi inkişafın mühüm amili kimi” adlı yol xəritəsi üzərində işləri başa çatdırmaq üzrədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi