Auditorlar Palatası 3 sənədi yenidən hazırlayacaq

Auditorlar Palatası 3 sənədi yenidən hazırlayacaq Bakı. 5 fevral. REPORT.AZ/ Auditorlar Palatasında növbəti dəyirmi masa təşkil olunub.
Maliyyə
5 Fevral , 2018 16:43
Auditorlar Palatası 3 sənədi yenidən hazırlayacaq

Bakı. 5 fevral. REPORT.AZ/ Auditorlar Palatasında növbəti dəyirmi masa təşkil olunub.

“Report”un Palataya istinadən verdiyi xəbərə görə, iclasda 3 sənəd üzrə müzakirələr aparılıb.

Belə ki, toplantıda “Hesabatlılığın təkmilləşdirilməsinə və şəffaflığın artırılmasına yönəlmiş təkliflərin Vergi Məcəlləsində və “Mühasibat uçotu haqqında” qanunda əks etdirilməsi barədə” qanun layihəsi, “2017-ci ildə auditor təşkilatlarının apardıqları auditlərin keyfiyyətinə kənar nəzarətin vəziyyətinə dair icmal-təhlil”, "Məcburi audit subyektlərinin maliyyə hesabatlarının və auditor rəylərinin ictimaiyyətə tam və vaxtında açıqlanması prosedurlarının hazırlanması və tətbiqi” kimi məsələlər üzrə məruzələr dinlənilib.

Məruzələr ətrafında geniş müzakirələr aparılıb və dəyirmi masa iştirakçıları tərəfindən konkret təkliflər verilib. Sonda irad və təkliflər nəzərə alınmaqla hər 3 sənədin yenidən işlənib hazırlanmaqla müvafiq ünvanlara baxılmaq üçün göndərilməsi tövsiyə edilib.

Son xəbərlər

Orphus sistemi