"Audatex" sığorta sistemi avtomobil modellərinin 80%-ni əhatə edib

"Audatex" sığorta sistemi avtomobil modellərinin 80%-ni əhatə edib Sistemə 38 avtomobil markasının 647 modeli üzrə ehtiyat hissələrinin qiymətləri daxil edilib
Maliyyə
8 Dekabr , 2016 16:51
Audatex sığorta sistemi avtomobil modellərinin 80%-ni əhatə edib

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanda sığorta hadisələri nəticəsinə avtomobillərə dəymiş zərəri qiymətləndirən "Audatex" sisteminə bu günə qədər 38 avtomobil markasının 647 modeli üzrə ehtiyat hissələrinin qiymətləri daxil edilib. 

Bunu "Report"a açıqlamasında "Audatex Azerbaijan" şirkətinin icraçı direktoru Zakir Kərimzadə bildirib.

Onun sözlərinə görə, bununla da sistemə daxil edilməsi nəzərdə tutulan modellərin təqribən 80%-i əhatə edilib: “100%-lik nəticəyə çatmaq mümkün olmasa da, Azərbaycanın avtomobil bazarına daxil olan əksər modelləri sistemə daxil etməyə çalışırıq. Məsələn, son bir həftədə Yaponiyanın “Toyota” və Cənubi Koreyanın “Hyundai” şirkətlərinin hər birinin yeni bir modeli Azərbaycana gətirilib. Bu avtomobillərə tələbat güclü olsa, “Audatex” onların da ehtiyat hissələrini əhatə edəcək. Bu proses 3 aydan 6 aya qədər davam edə bilər”.

Son xəbərlər

Orphus sistemi