"Atrabank" və "Qafqaz İnkişaf Bankı"nın konsolidasiyasının detalları məlum olub

"Atrabank" və "Qafqaz İnkişaf Bankı"nın konsolidasiyasının detalları məlum olub Azərbaycanda yaradılan yeni bankın yaya qədər fəaliyyətə başlayacağı gözlənilir
Maliyyə
22 Fevral , 2016 17:35
Atrabank və Qafqaz İnkişaf Bankının konsolidasiyasının detalları məlum olub

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin birləşməsi şərtiylə "Atrabank"ın lisenziyasının bərpasına ilkin razılığını verib.

"Report"un bank dairələrinə istinadən verdiyi xəbərə görə, yeni bank "Atrabank" brendi altında fəaliyyət göstərəcək. AMB-nin təxminən bir ay müddətində cavab verməsi, bankların birləşməsinin 1-2 ay davam etməsi şərtiylə yeni bankın artıq bu ilin yay aylarınadək fəaliyyətə başlayacağı gözlənilir.

Məlumata əsasən, yeni bankın kapitalı hər iki bankın kapitalının cəmindən ibarət olacaq. Mərkəzi Bankın hesablamalarına əsasən, yeni bankın kapitalı cəmi 60 mln. manat təşkil edəcək. Qeyd edək ki, AMB-nin göstəricisi bankların öz hesabatlarında təqdim olunan rəqəmlərdən xeyli azdır. Belə ki, 2016-cı il yanvarın 1-nə təkcə "Qafqaz İnkişaf Bankı"nın məcmu kapitalı 59,8 mln. manat, nizamnamə kapitalı 57,0 mln. manat təşkil edib.

Xatırlıdaq ki, AMB-nin İdarə Heyətinin 2016-cı il 27 yanvar tarixli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” və “Atrabank” ASC-lərin bank lisenziyaları ləğv edilib. Lisenziyalarının ləğvindən sonra banklar birləşmə haqqında niyyət protokulu imzalayıblar. Əvvəlcə həmin birləşmədə "Günaybank"ın da iştirakı gözlənilsə də, daha sonra "Günaybank" birləşmədən imtina edib, fəaliyyətini sərbəst davam etdirəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi