“Atrabank”ın əmlakı satışa çıxarılır

“Atrabank”ın əmlakı satışa çıxarılır ADİF-in icraçı direktoru: "Bankın kredit portfeli 71,4 mln. manatdır"
Maliyyə
16 May , 2017 15:53
“Atrabank”ın əmlakı satışa çıxarılır

Bakı. 18 may. REPORT.AZ/ Ləğvetmə prosesində olab “Atrabank” ASC-nin kredit portfeli 71,4 mln. manatdır.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bu məbləğ 3 mindən artıq fiziki və hüquqi şəxsə verilib: “Standard kreditlərin sayı 63, məbləği 692 min manatdır. Bunun 49-u və yaxud 614 min manatı təminatlı, 14-ü və yaxud 78 min manatı təminatsızdır. Bankdakı qeyri-standart kreditlər isə 2983 ədəd – 70 mln. manatdır”.

A.Cavadov qeyd edib ki, “Atrabank”ın kredit portfelindən əldə olunması ehtimal edilən vəsait 35 mln. manatdır: “Bunun 4 mln. manatı artıq yığılıb. Fond isə 14 mln. manat kompensasiya ödəyib. Tezliklə “Atrabank”ın əmlakının satışına başlayacağıq. Hərrac mərkəzi ilə danışmışıq. İlk olaraq bu bankın əmlakı satılacaq. Əmlakdan 14 mln. manat vəsait daxil olacağı gözlənilir”.

ADİF-in icraçı direktoru həmçinin deyib ki, “Atrabank”ın öhdəlikləri 89 mln. manatdır: “Bunun 22 mln. manatı Azərbaycan Mərkəzi Bankı, 32 mln. manatı fiziki şəxslər, 5 mln manatı hüquqi şəxslər, 11 mln. manatı banklar, 6,9 mln. manatı digər maliyyə institutları qarşısında olan öhdəliklərdir. Həmçinin, 9,8 mln. manat məbləğində digər öhdəlik var”.

Son xəbərlər

Orphus sistemi