"AtraBank" valyuta kreditlərinin restrukturizasiyasına başlayıb

"AtraBank" valyuta kreditlərinin restrukturizasiyasına başlayıb Xarici valyutada kredit götürmüş müştərilər Bankın baş ofisi və filiallarına müraciət edə bilərlər
Maliyyə
7 Yanvar , 2016 18:01
AtraBank valyuta kreditlərinin restrukturizasiyasına başlayıb

Bakı. 7 yanvar. REPORT.AZ/ “AtraBank” ASC tərəfindən ABŞ dollarında verilmiş kreditlərin restrukturizasiyası (ödəniş müddətinin və kredit faizlərinin dəyişdirilməsi) prosesinə başlanılıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, restrukturizasiya milli valyutanın məzənnəsinin ABŞ dollarına nisbətən dəyişməsi ilə əlaqədar olaraq borcalanlar tərəfindən kredit ödənişlərinin gecikdirilməsi hallarının qarşısını almaq məqsədi daşıyır.

“AtraBank”dan xarici valyutada kredit götürmüş müştərilər kreditlərin restrukturizasiyasının şərtlərinin razılaşdırılması, kredit və girov müqavilələrinə əlavə və dəyişikliklərin edilməsi məqsədilə Bankın baş ofisinə və filiallarına müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi