"Atəşgah" şirkəti 3 sığorta hadisəsi üzrə 67 min manatdan çox ödəniş edib

"Atəşgah" şirkəti 3 sığorta hadisəsi üzrə 67 min manatdan çox ödəniş edib Bunun 63%-i "Audi A5" markalı avtomobilin sahibinə verilib
Maliyyə
3 Mart , 2016 17:35
Atəşgah şirkəti 3 sığorta hadisəsi üzrə 67 min manatdan çox ödəniş edib

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanın ən iri sığortaçılarından biri olan "Atəşgah" sığorta şirkəti cari ilin yanvar-fevral ayları ərzində KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib. "Report"un şirkətə istinadən verdiyi xəbərə görə, ümumilikdə 3 hadisə üzrə 67 129 manat ödəniş edilib. 

Bakı şəhəri, Binəqədi şosesində, könüllü sığorta növü üzrə sığortalanmış "Hyundai Genesis" markalı avtomobil "İJ 2717" markalı avtomobillə toqquşma nəticəsində zədələnib. Həmin hadisə üzrə müştəriyə 16 729 manat məbləğində sığorta ödənişi verilib.

Digər hadisə Bakı şəhəri, Ağaoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində baş verib. Belə ki, könüllü sığorta növü üzrə sığortalanmış "Audi A5" markalı avtomobil "Mitsubishi Pajero" markalı avtomobillə, sonra isə "İveco" markalı avtomobillə toqquşub. Həmin hadisə üzrə müştəriyə 42 500 manat məbləğində sığorta ödənişi verilib.

Üçüncü iri ödəniş isə İsmayıllı rayonu, Gəndob kənd yolunda könüllü sığorta növü üzrə sığortalanmış "Honda CRV" markalı avtomobilin sahibinə verilib. Qarlı hava şəraiti və yolun buz bağlaması səbəbindən aşan avtomobil üçün müştəriyə 7 900 manat məbləğində sığorta ödənişi verilib.

Qeyd edək ki, Atəşgah" sığorta şirkəti 1996-cı ilin sonunda təsis edilib, hazırda müştərilərə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir. “Atəşgah” ASC və “Atəşgah Həyat” ASC “Atəşgah” Sığorta Qrupuna daxildir.

Son xəbərlər

Orphus sistemi