Yuxarı

“Atəşgah” Sığorta Şirkətinin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək

Ümumi yığıncağın gündəliyinə cəmiyyətin nizamnamə kapitalının artırılması məsələsi daxil edilib

Bakı. 15 iyun. REPORT.AZ/ “Atəşgah” Sığorta Şirkəti ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, şirkətin ümumi yığıncağı iyulun 18-də olacaq.

Səhmdarların toplantısının gündəliyinə cəmiyyətin nizamnamə kapitalının artırılması məsələsi daxil edilib. 

Ümumi yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, N.Yusifbəyli pr, 75B ünvanındakı “Atəşgah” Sığorta Şirkətinin inzibati binasında keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi